10 
Mar
2023
18:42
25
374
2039
Virtual karabakh

İran Nizami Gəncəvini niyə mənimsəmək istəyir? - VİDEO

10 Mar, 2023
18:42
2039

İran Nizami Gəncəvini niyə mənimsəmək istəyir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hakimiyyəti xüsusən son iki ildə özünün anti-Azərbaycan siyasəti kontekstində Nizaminin fars şairi olduğunu sübut etmək üçün geniş kampaniya aparmaqdadır.

Bu kampaniya çərçivəsində təkcə paytaxtda və iri şəhərlərdə deyil, ölkənin bütün əyalətlərində Nizami tədbirləri keçirilir və şairin İrana məxsus olduğu hər fürsətdə qabardılır.

Paralel olaraq, İranın xaricdəki mədəniyyət mərkəzləri vasitəsilə dünyanın müxtəlif ölkələrində analoji iş həyata keçirilir. Belə bir siyasəti həyata keçirməklə İran hakimiyyəti bir neçə məqsəd güdür.

Birincisi, Nizaminin Azərbaycan milli kimliyində xüsusi yerini nəzərə almaqla, ona zərbə vurmaq, bununla da Azərbaycan Respublikasının yumşaq gücünü zəiflətməyə çalışmaq. İkincisi, Nizamini İran mədəniyyətinin bir parçası kimi təqdim etməklə, Gəncənin və bütövlükdə Azərbaycanın tarixi İran ərazisi, İran sivilizasiyasının tərkib hissəsi olduğunu göstərmək. Üçüncüsü, Güney Azərbaycanda milli oyanışa Quzeydən gələn təsir və impulsların qarşısını almaq, son yüz ildə təbliğ və tətbiq olunan iranlı kimliyinə əlavə əsas və dəstək qazanmaq.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri