12 
Mar
2023
11:02
546
134
1216
Virtual karabakh

Yuşşenko: “Azərbaycan xalqının bəxti gətirib ki, onların Heydər Əliyev kimi lideri olub”

12 Mar, 2023
11:02
1216

Yuşşenko: “Azərbaycan xalqının bəxti gətirib ki, onların Heydər Əliyev kimi lideri olub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin - millətin formalaşmasının öhdəsindən gəldi".

"Report" xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub.

O qeyd edib ki, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən Heydər Əliyevi Ukraynada qəbul etmək şərəfinə nail olub və Azərbaycanın ilk milli valyutasının çapına dair əmr alıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri