31 
Mar
2023
19:32
18
342
1332
Virtual karabakh

“Ermənilər Cənubi Azərbaycanda 190 minə yaxın azərbaycanlıya qarşı soyqırımı törədiblər” - RƏY + FOTO

31 Mar, 2023
19:32
1332

“Ermənilər Cənubi Azərbaycanda 190 minə yaxın azərbaycanlıya qarşı soyqırımı törədiblər” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1918-ci ilin yazında Azərbaycanlılara qarşı kütləvi soyqırımı törədilib. Bununla əlaqədar monoqrafiyalar yazılıb, ayrıca kitablar işıq üzü görüb və sənədlər, dəlillər mövcuddur. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasının ilk cildində də Cənubi Azərbaycanda soyqırımı məqaləsi yer alıb”.

Bu sözləri Oxu.Az-a ermənilər tərəfindən 1918-ci ilin mart ayında Cənubi Azərbaycanda törədilən soyqırımı haqqında danışarkən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova deyib. O qeyd edib ki, Cənubi Azərbaycanda törədilən  qırğınlarla bağlı faktlar kifayət qədərdir:

“Tarixə "Urmu bəlası" adı ilə faciə daxil olub. Bu, Urmiyada törədilən soyqırımıdır. 1918-ci ildə ilaxır çərşənbədə - martın 17-də 500-dən çox evi dağıdıblar, 10 mindən çox azərbaycanlını qətlə yetiriblər. Ona görə bu tarix "Urmu bəlası" kimi qeyd olunur. Təkcə Urmiyada deyil, Cənubi Azərbaycanın Xoy, Maku, Salmas şəhərlərində, ətraf kəndlərdə Azərbaycan türklərinə qarşı soyqırımı törədilib. Bu yalnız Osmanlı ordusu yardıma gəldikdən sonra qarşısı alınıb. İyun ayında Osmanlı Ordusu Xoy şəhərinə çatıb, oradan Salmasa doğru hərəkət etdi. Bir neçə günlük döyüşlərlə erməni ordusunu darmadağın etdilər. Ermənilər geri çəkildikcə yenə də kəndlərə od vururdular, insanları qətlə yetirirdilər. Məşhur qaniçən Andranik Xoy şəhərini ələ keçirmək üçün 8 min nəfərlik hərbi qüvvə ilə Culfa yolundan hərəkət etmişdi. O, Xoyda özü ilə gətirdiyi 10 min erməni əhalisini yerləşdirmək istəyirdi. Cənubi Azərbaycanın bu şəhərlərini özlərinin "Böyük Ermənistan" xülyasına birləşdirmək istəyirdilər. 1918-ci ilin iyununda ermənilər Xoyun  mühasirəsinə davam edib, Urmiyada törətdiklərini təkrarlayırdılar. Tarixi məlumatlara görə, sakinlər ciddi müqavimət  göstəriblər, hətta qadınlar da şəhərin müdafiəsinə qoşulublar. Amma ermənilər top atəşinə məruz qoymaqla Xoyu dağıtmışdılar. Osmanlı ordusu yaxınlaşanda isə erməniləri geri çəkdirmək mümkün olmuşdu. Ermənilər planlarını geniş coğrafiyada həyata keçirmək üçün əllərindən gələni etmişdilər. Onların törətdiyi soyqırımları regionun bir çox hissələrinə yayılıb, türklərə, azərbaycanlılara qarşı yönəlmişdi. Urmiya gölündə rusların hərbi gəmilərindən istifadə etməyi də nəzərdə tutmuşdular. 

Mart soyqırımının Cənubi Azərbaycanda törədildiyinə dair dəlillər göstərir ki, 190 minə yaxın soydaşımız orada qətlə yetirilib. Azərbaycan türklərinin başına gətirilən bu müsibətlərlə əlaqədar monoqrafiyalar, sənədlər, araşdırmalar mövcuddur. "Böyük Ermənistan" xülyasını həyata keçirmək istəyən ermənilərin törətdiyi faciələrin miqyası Azərbaycan, Cənubi Azərbaycan və Şərqi Anadolunu ərazilərini əhatə etməklə, yüz minlərlə dinc insanların qətlə yetirilməsinə gətirib çıxarmışdı”.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri