26 
Apr
2023
11:08
158
9
1327
Virtual karabakh

Rektor: “Binaların zəlzələyə davamlılığı yoxlanılmalıdır” - FOTO

26 Apr, 2023
11:08
1327

Rektor: “Binaların zəlzələyə davamlılığı yoxlanılmalıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəlzələlərin dəhşətli fəsadları alimləri yenidən düşünməyə sövq edir. Yəni alimlər binaların və tikintinin keyfiyyətinin artırılmasını düşünməlidirlər. Bəzən nəzəri fikirlər praktikada özünü doğrultmur”.

Oxu.Az xəbər verir ki, bunu aprelin 26-da Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə keçirilən “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı AzMİU-nun rektoru, Konqresin fəxri sədri professor Gülçöhrə Məmmədova deyib.

Rektor Türkiyədə çoxsaylı insan ölümü ilə nəticələnən zəlzələni xatırladıb və bu hadisəni əsrin fəlakəti adlandıraraq dünya elminin və inşaat sektorunun yeni, həmçinin mühüm çağırışlarla üz-üzə olduğunu qeyd edib:

“Görünür, tikinti, inşaat nəzəriyyələrinə yenidən baxılmalı, yeni standartlar ortaya qoyulmalıdır. Həmçinin bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır”.

Professor ulu öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini sitat gətirərək seysmoloji araşdırmalarda yeni və dərinləşdirilmiş yanaşmanın, mütərəqqi texnologiyanın tətbiqi ilə risklərin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri