May
2023
15:20
198
17
1003
Virtual karabakh

Mövlud Çavuşoğlu: “Ermənistanın qeyri-səmimi addımlarına görə vaxtaşırı gərginlik artır” - VİDEO

8 May, 2023
15:20
1003

Mövlud Çavuşoğlu: “Ermənistanın qeyri-səmimi addımlarına görə vaxtaşırı gərginlik artır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvanın səmimiyyətsizliyi regionda vaxtaşırı gərginlik yaradır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Azərbaycan öz torpaqlarını alıb, amma Qafqazda kövrəklik qalır. Ermənistanın qeyri-səmimi addımları səbəbindən zaman-zaman gərginlik artır”, - deyə XİN rəhbəri bildirib.

O, çıxışı zamanı Rusiya-Ukrayna müharibəsindən sonra şərq-qərb, Xəzər keçidi və Orta Dəhliz layihələrinə toxunub, enerji təhlükəsizliyi baxımından bunların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Hazırda biz Şərqi Avropaya qaz tədarük etməyə başlamışıq. Azərbaycandan gələn TANAP boru kəmərinin ötürmə qabiliyyətini 16 milyarddan 32 milyard kubmetrə çatdıracağıq, bu da haradasa 5-6 il çəkəcək”, - deyə Çavuşoğlu izah edib.

O, Orta Dəhliz layihəsini ticarət kimi yaxşı istifadə edilməli olduğunu da bildirib.

“Biz bunu Mərkəzi Asiya ölkələri və Azərbaycanla çox yaxşı qiymətləndiririk”, - deyə o qeyd edib.

Mənbə: Son Dakika

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri