25 
May
2023
10:30
206
49
857
Virtual karabakh

Səhiyyə naziri ilə ÜST-nin baş direktoru arasında görüş keçirilib - FOTO

25 May, 2023
10:30
857

Səhiyyə naziri ilə ÜST-nin baş direktoru arasında görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Görüşün əvvəlində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ümumdünya Səhiyyə Təşkilatının 75 illik yubileyi münasibətilə ÜST-nin baş direktorunu təbrik edib.

Teymur Musayev bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin ÜST-lə uğurlu və sıx əməkdaşlığının əsasını qoyduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyevin nüfuzlu səhiyyə təşkilatı ilə münasibətlərin daha da inkişafına böyük önəm verdiyi vurğulanıb.

COVID-19 pandemiyası dövründə Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslərin irəli sürdüyünü bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyini vurğulayan nazir, pandemiya dövründə ÜST-nin Azərbaycanla səmərəli əməkdaşlığa və qurumun verdiyi dəstəyə görə Tedros Adhanom Qebreyesusa təşəkkürünü ifadə edib.

Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə ölkəmizin təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.

Həmçinin Azərbaycanın malyariyadan azad ölkə elan edilməsi münasibətilə təbriklərini çatdırıb və bu təcrübənin digər ölkələr üçün də bir nümunə olduğunu bildirib.

Sonda tərəflər arasında səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, ilkin səhiyyə xidmətlərində beynəlxalq səviyyədə təsdiq olunmuş rəqəmsal həllərin tətbiqinin vacibliyi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri