26 
May
2023
11:53
58
16
1420
Virtual karabakh

Naxçıvanda konfrans keçirilir - FOTO

26 May, 2023
11:53
1420

Naxçıvanda konfrans keçirilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “PAŞA Bank”ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev, hökumət rəsmiləri, sahibkarlar iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

Daha sonra konfrans başlayıb.

F.Nəcəfli çıxışında deyib ki, Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır.

O bildirib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq.

Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq:

“Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq”.

Konfrans panel müzakirələrlə davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri