5 
İyn
2023
20:36
149
11
992
yuxarı
Moldova sammitinin yekunları: Sülh sazişi regiondakı bütün ölkələrin qələbəsi olacaq - VİDEO
5 İyn, 2023
20:36
992
149
11
Moldova sammitinin yekunları: Sülh sazişi regiondakı bütün ölkələrin qələbəsi olacaq - VİDEO
Ötən həftə Avropa Siyası Birliyinin Moldovada keçirilən növbəti sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutub.
“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjet məhz bu mövzuya həsr olunub.
Videomaterialda qeyd olunur ki, qeyri-formal görüşlərin əsası ötən ilin oktyabr ayında Praqada qoyulub. O zaman Avropa Siyasi Birliyinin sammiti çərçivəsində aparılan danışıqlara Aİ Şurasının sədri Şarl Mişellə yanaşı, Fransa Prezidenti Emmanuel Makron da qatılıb.
Bildirilir ki, hazırda tərəflər iyulun 21-nə nəzərdə tutulan Brüssel görüşünə hazırlaşırlar və mümkün sülh sazişi regiondakı bütün ölkələrin qələbəsi olacaq.
Daha ətraflı “Caliber”in yeni süjetində: