İyn
2023
16:44
16
253
2380
Virtual karabakh

Bizim övladlarımız təhsil alırlar, erməni uşaqlarına isə onları öldürmək dərsi keçilir - VİDEO

7 İyn, 2023
16:44
2380

Bizim övladlarımız təhsil alırlar, erməni uşaqlarına isə onları öldürmək dərsi keçilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müharibə uşaq oyunu deyil. Lakin təəssüf ki, çox vaxt müharibənin ən ağır yükünü uşaqlar çəkməli olurlar.

Əslində, bütün dünyada böyüklər uşaqları müharibənin dəhşətlərindən qorumaq məqsədilə münaqişələrin, qan axıdılmasının qarşısını almaq üçün əllərindən gələn hər şeyi etməyə çalışmalıdırlar. Amma təəssüf ki, bu baş vermir.

Caliber.Az yazır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq hüquq və ədalət prinsipi əsasında sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində durmadan irəlilədiyi bir vaxtda, ermənilər (hər halda bu xalqın əhəmiyyətli bir hissəsi) istər Ermənistanda, istərsə də Azərbaycan Respublikasının Qarabağ bölgəsində azərbaycanlılara qarşı nifrət hissi ilə yaşamağa davam edirlər.

Üstəlik, əvvəllər də olduğu kimi, uşaqlarına azərbaycanlılara nifrəti təlqin edir və bizim xalqın nümayəndələrini necə öldürməyin yollarını öyrədirlər.

Belə ki, dünən bloqer Qagik Arutyunyan öz “Facebook” səhifəsində Qarabağdakı erməni uşaqların “müharibə oyunu”bu əks etdirən video paylaşıb.

Üstəlik, bu yeniyetmə “döyüşçülər” kamuflyaj, dəbilqə geyinib, əllərində silah tutub, separatçı rejimin qondarma atributlarını daşıyırlar. 

Əlbəttə ki, video indi çəkilməyib, çox güman ki, ötən qış mövsümündə qeydə alınıb. Amma bu, məsələnin mahiyyətini dəyişmir.

Videoda uşaqlara şəhər döyüşlərində necə hərəkət etməyi, təxribat, terror aktları törətməyin qaydaları öyrədilir.

Sual ortaya çıxır: Kimə qarşı?

Cavab aydındır.

Gördüyünüz kimi, ermənilər sülh dövrünə qədəm qoymaq istəmirlər. Bu, uşaqlara keçilən hərbi təlimlərlə yanaşı, sözügedən videoya gələn bəyənmə sayından da aydın görünür.

Həmçinin aydındır ki, azərbaycanlı uşaqların taleyinə münasibətdə olduğu kimi, erməni quldur dəstələri üçün erməni uşaqlarının həyatı da heç bir əhəmiyyət kəsb etmir.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri