29 
İyn
2023
10:37
7
52
742
Virtual karabakh

“Yüksəliş” müsabiqəsi yarımfinal və final öncəsi təlimlərə start verdi - FOTO

29 İyn, 2023
10:37
742

“Yüksəliş” müsabiqəsi yarımfinal və final öncəsi təlimlərə start verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yüksəliş” müsabiqəsinin işçi qrupu iyunun 28-dən peşəkar ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev məlumat verib. O qeyd edib ki, təlimlər xarici ekspertlər tərəfindən müsabiqənin yarımfinal və final mərhələlərində iştirakçıların səriştələrini qiymətləndirəcək yerli ekspertlər üçün nəzərdə tutulub.

“Üç gün ərzində davam edəcək olan təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunur. Belə ki, təlim iştirakçıları oxşar imtahan vəziyyətini simulyasiya edir və onların səriştələri ekspertlər tərəfindən qiymətləndirilir. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə konfransı və ekspertlərin rolu ilə bağlı məlumat verilir”.

F.Hacıyev onu da qeyd edib ki, yarımfinal və final mərhələsinin qiymətləndirici şəxsləri olan ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və ölkənin qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir:

“Yarımfinalda iştirakçıların səkkiz səriştəsi (strateji düşüncə bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini ehtiva edir”.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi 30 iyun, 1-2 iyul tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 343 nəfər yarımfinalda iştirak hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə beş mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri