İyl
2023
11:24
43
16
923
Virtual karabakh

“CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin final mərhələsi keçirilib - FOTO

4 İyl, 2023
11:24
923

“CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin final mərhələsi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən təşkil olunan, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “CanSat Azərbaycan 2023” müsabiqəsinin final mərhələsi keçirilib.

Oxu.Az xəbər verir ki, tələbələr arasında keçirilən model peyk müsabiqəsinin finalı bu gün Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən hərbi hissəsinin açıq poliqonunda baş tutub.

Ümumilikdə ölkə üzrə 20-yə yaxın universitetdən 700-dən çox tələbənin yolu bu müsabiqədən keçib. Bu il keçirilən sayca beşinci “CanSat” müsabiqəsi üzrə ümumilikdə 14 universitetdən 42 komanda müraciət edib.

Reallaşdırma, layihələndirmə, uçuş öncəsi yoxlamalar və nəhayət final uçuş mərhələləri uğurla baş tutub.

Komandalar əsasən elektronika, mexanika, proqramlaşdırma üzrə bilik və bacarıqlara malik bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir.

8 komandanın iştirakçıları ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Fransız-Azərbaycan Universitetinin, Bakı Alı Neft Məktəbinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələridir. 

Uçuş mərhələsi zamanı finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib 200 metr yüksəklikdən səmaya buraxıblar.

Günün sonuna qədər münsiflər heyəti tərəfindən müsabiqənin qiymətləndirmə meyarlarına uyğun olaraq qaliblər seçiləcək və 5 iyul tarixində təltifetmə mərasimində qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər. Qaliblərə (ilk 3 yer) pul mükafatları təqdim olunacaq. Həmçinin, müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos”da təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı qazanacaqlar.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri