15 
İyl
2023
11:52
194
18
920
Virtual karabakh

Səfir: “Çevrilişə dirəniş zamanı Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalandırılıb” - FOTO

15 İyl, 2023
11:52
920

Səfir: “Çevrilişə dirəniş zamanı Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalandırılıb” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeddi il əvvəl çevrilişə qarşı dirəniş zamanı Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da dalğalandırılıb”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirindəki çıxışı zamanı deyib.

“15 iyul hadisələri şəhidlərinin xatirəsini hörmətlə anır və qazilərimizə bir daha təşəkkür edirik. Türkiyədə bu hadisələrdən öncə də çevrilişə cəhdlər olub. Lakin xalqımızın göstərdiyi şücaətlə 15 iyul hadisələri öncəkilərdən fərqləndi. Bu hadisələri güclənən Türkiyəyə qarşı atılmış geosiyasi addım kimi dəyərləndiririk”.

Diplomat əlavə edib ki, 15 iyul Türkiyəyə qarşı atılan xain addımların son pərdəsi idi:

“Xalqımız həmin gecə 81 vilayətdə öz iradəsini göstərdi və demokratiyaya bir daha sahib çıxdı”.

“Yeddi il əvvəl çevrilişə qarşı dirəniş zamanı 44 günlük Vətən müharibəsində olduğu kimi Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da dalğalandırılıb. Bu, iki qardaş xalqın bir-birinə bağlılığının daha bir sübutu idi”, - deyə C.Bağçı vurğulayıb.

Daha çox foto burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri