13 
Sen
2023
18:04
123
10
1306
Virtual karabakh

Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO

13 Sen, 2023
18:04
1306

Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.

Onun açılışında Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Lapteva, Belarus Respublikası Təhsil Nazirliyinin peşə təhsili baş idarəsinin rəisi Sergey Pişşov, Belarus Xarici İşlər Nazirliyinin MDB Baş İdarəsinin rəis müavini - MDB ölkələri və Gürcüstanla ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov, Azərbaycan Respublikasının Belarus Respublikasındakı müvəqqəti işlər vəkili Nizami Rüstəmov və dəvət olunmuş digər qonaqlar iştirak ediblər.

Mərkəzin açılışı zamanı Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla dövlətlərimiz arasında güclü işgüzar, mədəni və siyasi əlaqələr qurulduğunu vurğulayıb.

“Dövlətlərimizin rəhbərləri bunun nümunəsini göstərdilər. Düşünürəm ki, bu mərkəzin açılması ilk növbədə gənclərimizi, mədəniyyətşünaslarımızı, dilçilərimizi, ədəbiyyatşünaslarımızı bir araya gətirmək üçün çox faydalı funksional layihə rolunu oynayacaq”, - deyə o vurğulayıb.

Rektor Azərbaycanın paytaxtında Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılacağını da bildirib:

“Universitetimizdə 20-dən çox dil mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, onların arasında Belarus mərkəzi də olmalıdır. Bu, burada ediləcəklərə güzgü cavabıdır. Biz Bakıda da bunu sevgi, hörmət və böyük sevinclə edəcəyik”.

Öz növbəsində Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Lapteva bildirib ki, mərkəz üç əsas layihənin həyata keçirilməsi üçün platformaya çevriləcək:

“Birinci istiqamət birgə təhsil proqramlarının hazırlanmasıdır, burada biz xarici dilləri öyrənən mütəxəssislər üçün ikili diplomların alınması imkanlarını nəzərdən keçiririk. İkincisi, sinxron tərcüməçilərin hazırlanmasıdır, çünki bununla hər iki universitet məşğul olur”.

Lapteva üçüncü layihənin hər iki tərəfin müəllimləri və müəllimlik təcrübəsini öyrənənlər üçün həm Azərbaycanda, həm də Belarusda mütəxəssis hazırlığının keyfiyyətini yüksəldə biləcək “Qonaq professor” əlavə təhsil proqramı olduğunu qeyd edib.

Mənbə: SB.BY

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri