18 
Mar
2024
20:24
109
20
1000
Virtual karabakh

Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB + FOTO

18 Mar, 2024
20:24
1000

Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev ilə Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyətini nəzərdən keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə H.Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.

“Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq departamentinin nazir müavini Çen Çjou (Chen Zhou) və Çin Xalqının Xarici Əlaqələr İnstitutunun sədri Vanq Çao (Wang Chao) ilə müzakirələrimiz davam etdi. Şanqay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev (Nurlan Yermekbayev) ilə ŞƏT ətrafında əməkdaşlığımızın hazırkı vəziyyətini nəzərdən keçirdik”, - deyə Prezidentin köməkçisi əlavə edib.

13:40

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) baş katibinin müavini Nurlan Yermekbayev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir və əlaqələri daha da genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri