29 
Mar
2024
20:12
11
96
736
Virtual karabakh

Qərbin ikiüzlü siyasəti Bakı-İrəvan sülh sazişinin imzalanmasını mürəkkəbləşdirir - RƏY + FOTO

29 Mar, 2024
20:12
736

Qərbin ikiüzlü siyasəti Bakı-İrəvan sülh sazişinin imzalanmasını mürəkkəbləşdirir - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ və Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda birmənalı şəkildə mövqelərini möhkəmləndirmək istəyirlər”.

Bunu “Report”a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O xatırladıb ki, vaxtı ilə Azərbaycan Aİ müşahidəçilərinin bölgədə olmasından imtina edib:

“İndi isə ABŞ və Aİ Ermənistandan zəif oyunçu, vasitə kimi istifadə edərək, bölgədə güclənməyə çalışırlar. Digər tərəfdən, aydın görünür ki, Qərb birliyi Rusiyanı regiondan kənarlaşdırmaq, neytrallaşdırmaq niyyəti güdür. Rusiyanın başının Ukraynaya qarışdığı bir dövrdə bunu fürsət bilərək, tezliklə bu prosesi başa çatdırmaq istəyir”.

Siyasi icmalçının fikrincə, Azərbaycan aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə iştirak edə bilərdi:

“Əgər onlar dəfələrlə sülhə nail olmaq istədiklərini bəyan ediblərsə, onda gərək hər iki tərəf görüşdə iştirak etsin. Bu ikiüzlü siyasətin fonunda sülh sazişinin imzalanması prosesi də mürəkkəbləşir”.

F.Sadıqov hesab edir ki, Qərb dövlətləri vəziyyəti çətinləşdirməklə Cənubi Qafqaza nəzarəti daha asan əldə edəcəklərini düşünürlər:

“Biz diplomatik səylərimizi gücləndirməliyik, hücumedici addımlarımızı artırmalıyıq. Eyni zamanda, hərbi potensialımız da möhkəmlənəcək, yüksələcək. Şübhə etmirəm ki, Azərbaycan-Türkiyə alyansı Qərbə həmişə bir tənbeh, xəbərdarlıq amili kimi göz önündə olacaq”.

Qeyd edək ki, aprel ayının 5-də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Brüsseldə görüş keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri