29 
Mar
2024
23:20
328
28
1167
Virtual karabakh

Ərdoğan: “Türkiyə Qarabağ, Suriya və Somalidəki sınaqdan uğurla keçdi”

29 Mar, 2024
23:20
1167

Ərdoğan: “Türkiyə Qarabağ, Suriya və Somalidəki sınaqdan uğurla keçdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn yerli seçkilərə iki gün qalmış Sancaktepe mitinqində mühüm açıqlamalar verib.

Ərdoğan çıxışında Fələstin, Suriya, Somali və Qarabağ kimi həssas bölgələrlə bağlı Türkiyənin atdığı addımlardan danışıb.

O, Türkiyənin Fələstin məsələsində qətiyyətini ifadə edib və Qəzzadakı mübarizəsini davam etdirəcəyini bildirib.

“Türkiyə Suriya, Somali və Qarabağdakı sınaqdan necə uğurla keçdisə, Qəzza sınağından da keçəcək. Fələstinlilər öz azadlıqlarını və müstəqil dövlətlərini əldə etməyənə qədər dayanmayacağıq”, - deyə Ərdoğan qeyd edib.

Mənbə: Haber365.com

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri