12 
Apr
2024
11:57
187
27
3374
Virtual karabakh

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf edib

12 Apr, 2024
11:57
3374

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini aprelin 10-da Sünikdə (Zəngəzur) Nerkin Xndzoresk kəndi yaxınlığında atışmaya səbəb olan qaydaları pozmaqda ittiham edib.

Sərhədçilər tərəfindən bir sıra hərbi xidmət qaydalarının aşkar şəkildə pozulması faktı ilə bağlı cinayət işi başlandığı bildirilir.

Qeyd edək ki, aprelin 10-da dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri