18 
Apr
2024
16:22
175
13
1077
Virtual karabakh

Yeni Kaledoniyanın azadlıq mübarizləri yeni referendum tələb edirlər

18 Apr, 2024
16:22
1077

Yeni Kaledoniyanın azadlıq mübarizləri yeni referendum tələb edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz bu gün Azərbaycan Milli Məclisinin sədri ilə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu isə özündə siyasi dəstəyi ehtiva edir və əməkdaşlıq sərhədlərimizi genişləndirir”.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Omayra Naiselin “Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O, bu gün çox tarixi bir an yaşandığını vurğulayıb.

“Biz referenduma yenidən baxış keçirilməsi üçün artıq öz şikayətimizi hazırlayıb təqdim etmişik. Bu referendum kanak xalqlarının haqlarını oğurladığı üçün biz ona qarşı mübarizə aparırıq. Azərbaycana müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə minnətdarlığımızı bildiririk”, - O.Nauselin qeyd edib.

Xatırladaq ki, 1988-ci ilin noyabrında keçirilmiş referendum zamanı fransızlar tərəfindən ratifikasiya edilmiş müqavilələrlə Yeni Kaledoniya Şimal, Cənub və Luayot adası olaraq üç əyalətə bölünüb və adanın qarşıdan gələn 10 il ərzində öz müqəddəratını təyin etməsi nəzərdə tutulub. Referenduma fransızların cəmi 37 faizinin getməsinə baxmayaraq, saziş 80 faiz səslə qəbul olunub. Cənub əyalətinin sakinlərinin 57 faizi Matinyon sazişinə yox deyib. Ancaq 10 ildən sonra bu müddət daha 20 il uzadılıb və bu gün kanak xalqının həmin sazişlərlə yaranmış ümidinə iki qanun dəyişikliyi ilə son qoymaq cəhdi müşahidə olunur.

Lakin Matinyon və Numea sazişlərindən sonra kanak xalqı suverenliyinin tezliklə təmin olunacağına ümid etsə də, 36 ildir, bu proses hər dəfə təxirə salınaraq uzadılır. Sonuncu - 2021-ci il referendumu Fransa dövlətinin kanak mədəniyyətinin fundamental dəyərlərinə hörmətsizliyi və tarixi uğursuzluqdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri