23 
Apr
2024
00:30
308
35
1071
Virtual karabakh

Rusiyanın “Birinci kanal”ı İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

23 Apr, 2024
00:30
1071

Rusiyanın “Birinci kanal”ı İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri barədə reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Kremldəki təkbətək görüşdə Moskva ilə Bakı arasında münasibətlərin inkişafı, regional təhlükəsizliyin həssas məsələləri və müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdikləri bildirilir.

Materialda, həmçinin qeyd olunur ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısını Baykal-Amur Magistralının - əfsanəvi BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib: “Bu, İlham Əliyev üçün həm də şəxsi hekayədir. Atası Heydər Əliyev hökumət komissiyasına rəhbərlik edib, başqa sözlə, “əsrin tikintisinə” nəzarəti həyata keçirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri