Mar
2018
18:00
42
95
6973
Virtual karabakh

“Samsung Galaxy S9” və “S9+” – Əla fürsəti qaçırmayın

9 Mar, 2018
18:00
6973

“Samsung Galaxy S9” və “S9+” – Əla fürsəti qaçırmayın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə istifadəçilərə təqdim olunmuş yeni “S9” və “S9+” smartfonları tezliklə satışa çıxarılacaq. 

Oxu.Az xəbər verir ki, Azərbaycan alıcıları üçün “Samsung” xüsusi təklif hazırlayıb.

Belə ki, bu gündən mart ayının 22-nə qədər yeni flaqmanları öncədən sifariş edərkən, Wirelesss Chargeri hədiyyə olaraq əldə edirsiniz. Sifarişi gerçəkləşdirmək üçün qabaqcadan sadəcə 50 AZN ödəniş etmək kifayətdir. 

Xatırladaq ki, “S9” seriyasının smartfonları şüşə və metaldan hazırlanmış korpusla və “sərhədsiz” displeylə təchiz olunub. Hər iki smartfon adaptiv diafraqma ilə təchiz olunub ki, bu da kamera obyektivinin işıqlandırma şəraitindən asılı olaraq daralıb və ya genişlənməsi deməkdir.

Nəticədə siz günün həm işıqlı, həm də qaranlıq vaxtında eyni keyfiyyətə malik fotoşəkillər əldə edirsiniz. Yeni kameralar sürəti saniyədə 960 kadr təşkil edən slow-mo tipli videolar çəkməyə qadirdir.

Frontal kamera isə öz Selfimoji yaratmaq bacarığı ilə həyatınıza rəng qatacaq. Selfimoji – Sizin üz cizgilərinizə uyğun yaradılmış və mimikanızı təkrar edən animasiyalı avatardır. Bu avatarı siz mesencerlərdə və sosial mediada istifadə edə bilərsiniz. 

Smartfonların mühafizəsi də gücləndirilib, belə ki, yeni flaqmanlarda face recognition funksiyası gözün qüzehi qişasını tanıma skaneri ilə birgə işləyir. Barmaq izi skaneri isə əsas kameranın altına köçürülüb. 

“Samsung Galaxy S9” və “S9+” istifadəçilərə xoş anlar yaşadacaq, mobil dünyasında trend yaradan müasir smartfonlardır. Buna görə mart ayının 22-nə qədər unikal təklifdən yararlanmağa tələsin və flaqmanları öncədən sifariş edərkən Wirelesss Charger hədiyyəniz olsun. 

“Galaxy S9” və “S9+” smartfonlarını alarkən siz bir il ərzində ekranınızı cəmi 49 AZN-nə dəyişmək imkanı təqdim edən “Eksklüziv displey qarantiyasına” sahib olursunuz.

* “S9” xəttinin yeni smartfonları və öncədən sifarış haqqında əlavə məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

* Aksiya 30 iyun 2018-ci il tarixinə qədər əldə edilən bütün “Galaxy S9/S9+” smatfonlarına keçərlidir, aksiya çərçivəsində displeyi yalnız bir dəfə dəyişmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri