15 
Mar
2018
18:10
123
60
3320
Virtual karabakh

AZAL və “Silk Way Travel” Moskvada sərgidə – FOTO

15 Mar, 2018
18:10
3320

AZAL və “Silk Way Travel” Moskvada sərgidə – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” və AZAL-ın əsas tərəfdaşı – “Silk Way Travel” turizm agentliyinin də iştirak etdiyi “Səyahət və turizm” MITT 2018 25-ci yubiley beynəlxalq sərgisi başa çatıb.    

Oxu.Az xəbər verir ki, AZAL və “Silk Way Travel” Mədəniyyət və Turizm Nazirliyi, eləcə də, digər yerli şirkətlər ilə birgə “Azərbaycan” vahid stendində öz aviasiya və turizm imkanlarını təqdim ediblər.

Sərgi çərçivəsində həmçinin əməkdaşlıqda maraqlı olan xarici turizm operatorları, korporativ müştərilər, turizm sahəsinin nümayəndələri ilə turizm sahəsində əməkdaşlığın yaradılması və inkişafı məqsədilə görüşlər və danışıqlar keçirilib.

Sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanın ilk loukost aviaşirkəti “Buta Airways” haqqında aktual və faydalı məlumat təqdim olunub. Sərgi ziyarətçiləri loukosterin marşrut şəbəkəsinin istiqamətləri və onu digər aşağı büdcəli aviaşirkətlərdən fərqləndirən cəhətlərlə tanış olublar.

Turizm agentliyi bazarında ən böyük şirkətlərindən biri – “Silk Way Travel” sərginin qonaqlarını Azərbaycanın turizm sektorunun sərfəli təklifləri ilə tanış edib. Sərgi çərçivəsində ziyarətçilər qarşıdakı turizm mövsümünün tendensiyaları, maraqlı istiqamətlər, turizm sektorunun perspektivləri və s. tanış olublar.  

MITT-2018 sərgisinin bütün iş günləri ərzində ənənəvi olaraq turizm biznesinin aktual məsələləri üzrə konfranslar, seminarlar və məsləhətləşmələr, yeni istiqamətlərin və xidmətlərin təqdimatlarından ibarət geniş işgüzar proqram olub.

MITT 2018 - MDB regionunun və digər ölkələrin turizm biznesi nümayəndələrinin ən geniş auditoriyasının toplaşdığı, turizm sahəsinin oyunçuları üçün ən böyük tədbirdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri