11 
Apr
2018
10:00
62
28
3068
Virtual karabakh

“Samsung”dan “Eksklüziv displey zəmanəti”

11 Apr, 2018
10:00
3068

“Samsung”dan “Eksklüziv displey zəmanəti”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Corning Incorporated” şirkətinin keçirdiyi tədqiqatlar nəticəsində smartfon istifadəçilərinin 85% ildə heç olmasa bir dəfə cihazlarını əllərindən düşməsi faktını qeyd ediblər, 55% isə bu halın ildə 3 və daha artıq təkrarlandığını bildirib.

Ən əsası isə, bu hadisələrin üçdə biri displeyin zədələnməsi ilə nəticələnir. Bütün qeyd edilənləri nəzərə alaraq, “Samsung” şirkəti istifadəçilərə unikal “Eksklüziv displey zəmanəti”-ni təklif edir.

Belə ki, bu unikal təklif haqqında yarana biləcək üç ən vacib sualı cavablandırırıq:

1) “Samsung”dan “Eksklüziv displey zəmanəti” nə deməkdir?

Bu ilin 30 iyun tarixinə qədər orijinal holoqramlı “Samsung Galaxy S9” və “S9+” əldə edərkən, siz “Eksklüziv displey zəmanətinə” sahib olursunuz. Belə ki, displeyiniz zədələnərsə, onu cəmi 49 AZN-ə dəyişə biləcəksiniz. Zəmanət smartfonlar əldə edilən gündən bir il müddətində qüvvədə olacaq. Zəmanət çərçivəsində displeyinizi yalnız bir dəfə dəyişə bilərsiniz.

2) Bu zəmanət fiziki zədələrə və sınıqlara aid edilirmi?

Zəmanətsadəcə yanmış piksellər və işləməyən “touch screen” kimi sistem zədələrini deyil, displeydə yarana biləcəkistənilər nasazlığı əhatə edir, o cümlədən fiziki zədələridə. Belə ki, telefonunuz qəflətən əlinizdən düşərək ekranı çatlayarsa,  siz onu yenisi ilə cəmi 49 AZN-ə əvəz edə bilərsiniz.

3) Zəmanətin mövcudluğu smatrfon displeylərinin “kövrək” olmasından irəli gəlirmi?

Əlbəttə ki, xeyir. Qeyd olunan zəmanət “Samsung” şirkətinin öz istifadəçilərinə olan unikal təklifidir və yarana biləcək gözlənilməz hadisələrdən sığortadır. Əlavə olaraq qeyd etmək lazımdır ki, yeni “S9” xəttini təmsil edən smartfonların displyeləri “Corning” şirkətinin istehsalı olan super dayanıqlı “Gorilla Glass 5” şüşəsi ilə təchiz olunublar.

Yeni “Galaxy S9” xəttinin smartfonları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri