13 
İyl
2018
12:04
23
65
1763
Virtual karabakh

“Azər Türk Bank” korporativ müştərilərə maaş kartlarını pulsuz verəcək

13 İyl, 2018
12:04
1763

“Azər Türk Bank” korporativ müştərilərə maaş kartlarını pulsuz verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət bankı “Azər Türk Bank” fəaliyyətinin 23 illiyi münasibətilə hüquqi şəxs və fərdi sahibkarlar üçün xidmət və məhsullar üzrə “Biznesiniz əlavə xərclərsiz!” adlı güzəşt kampaniyasına başlayıb.

Kampaniya ərzində “Azər Türk Bank”la əməkdaşlığa başlayan təşkilatlara, işçiləri üçün, üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcək və ilk məvacibin köçürülməsi zamanı komissiya tutulmayacaqdır. Qeyd edək ki, “Azər Türk Bank”ın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz tutulmur. 

Kampaniya dövründə cari hesabların açılması üçün ödəniş tələb olunmayacaq.

Bundan əlavə, Bank hüquqi şəxs olan müştərilərinə üçillik xidmət müddətli MasterCard Business ödəniş kartı, fərdi sahibkarlara Sahibkar Kartı hədiyyə edir.
Kampaniyanın müddəti 9 sentyabrda bitir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Eləcə də, artıq bankla WhatsApp vasitəsilə də əlaqə saxlamaq mümkündür - (055) 7770-945

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri