13 
İyn
2019
16:17
26
110
2394
Virtual karabakh

“Unibank” müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı

13 İyn, 2019
16:17
2394

“Unibank” müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Unibank”ın “Bahar lotereyası”nın ikinci (sonuncu) tirajının qalibləri artıq müəyyən edilib. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsilə seçilib. 

Fazil Canayev tirajın əsas mükafatının - Yunanıstanın Santorini adasında iki nəfərlik 6 gecə/7 gün, beş ulduzlu hotel və səhər yeməyinin də daxil olduğu səyahət paketinin sahibi olub. Fazil Canayev deyir ki, uzun illərdir “Unibank”ın müştərisidir:

“Beş ildən çoxdur ki, “Unibank” kartlarından istifadə edirəm və müştərilərə göstərilən xidmətdən çox razıyam. Lotereyadan xəbər tutanda, uduş şanslarımın çox olması üçün maksimum çalışdım ki, bütün alış-verişlərimi, ödənişlərimi Albalı debet kartımla edim. Səyahət paketini  qazanmağı arzulayırdım, bununla belə bankdan zəng edib deyəndə ki, qalib siz olmusunuz,  çox böyük sürpriz oldu.

Bu, mənim ilk lotereya uduşum olsa da, çox dəyərli və ailəmizə sevinc yaşadan bir hədiyyə oldu. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün “Unibank”a təşəkkürümü bildirərəm”. 

Xalidə Xudayarova isə lotereyada 1000 manat pul mükafatı qazanıb. Müştəri bildirir ki, alış-verişlərinin əksəriyyətini Albalı debet kartı ilə edir:

“Albalı kartı həm sərfəlidir, həm də xərclərimə nəzarət etməyimə imkan verir. Bu mənim həyatımda ilk lotereya uduşudur. İnanıram ki, “Unibank”ın bu xoş sürprizi həyatımda bundan sonra qəfil və gözəl hədiyyələrin başlanğıcı olacaq”.

Xəyal Ağayev də lotereyada yüksək məbləğdə pul uduşunu qazanan Unibank müştərilərindən biridir:

“Uzun illərdir Unibank müştərisiyəm. Albalı kredit kartından istifadə edirəm. Demək olar ki, bütün alış-verişlərimi, kommunal ödənişlərimi Albalı ilə edirəm. Güzəşt müddətli olduğundan, çox sərfəlidir. Çox şadam ki, xidmətindən hər zaman razı olduğum bankım, məni bu dəfə də sevindirdi - lotereya qalibi oldum. Unibank müştərisi olmaq, həyatında hər zaman xoş sürprizlərin olması deməkdir”. 

“Unibank”ın “Bahar lotereyası”nın ümumilikdə 100 qalibi olub. 10 min manatlıq uduş fondu olan lotereyada martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də, bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilər iştirak edib. Lotereya nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi ilə keçirilib.

Lotereyanın ikinci (sonuncu) tirajının qaliblərinin siyahısı unibank.az saytında (https://www.unibank.az/az/news/retail/486/_unibank_kb_bahar_lotereyasi_nin_2_ci_tirajinin_qaliblerini_achiqladi) yerləşdirilib.

Unibankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank - hər kəsin bankı!

***

Unibank haqqında

“Unibank” KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri