Fev
2020
10:00
59
30
3162
Virtual karabakh

“Galaxy S10” və “Note10” 2019-cu ildə “Samsung”un təqdim etdiyi ən yaxşı flaqmanlar

8 Fev, 2020
10:00
3162

“Galaxy S10” və “Note10” 2019-cu ildə “Samsung”un təqdim etdiyi ən yaxşı flaqmanlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu il yalnız “Samsung”un təqdim etdiyi inanılmaz cihazları ilə deyil, həm də şirkətin səyləri sayəsində əldə saysız-hesabsız mükafatlarla yadda qaldı. Buna misal olaraq, şirkətin flaqmanları olan “Galaxy S10” və “Note10” və onların təmsil etdiyi məhsul xətti dünyanın ən nüfuzlu nəşrləri adından təriflərə, məşhur testləşdirmə mərkəzlərindən isə ən yüksək qiymətlərə layiq görülüblər.

Smartfonlara həsr edilmiş icmalda yalnız “xarici və daxili” göstəricilər deyil, həm də erqonomika, istifadə rahatlığı və sadəliyi kimi bir çox amillər nəzərə alınıb.

Beləliklə, buna misal olaraq, DisplayMate mütəxəssisləri “Samsung Galaxy S10” ən yüksək A+ reytinqi və “Ən yaxşı ekranla təchiz olunmuş smartfon” adına layiq görüblər. Ekspertlər qeyd ediblər ki, 3040x1440 piksel təsvir ölçülü 6.1” ekran, bazarda təmsil olunan ən yaxşı və keyfiyyətli displeydir.  DisplayMate “Galaxy S10” ekranının ən yaxşı hesab edilə biləcəyinə dair ondan çox göstəricini müəyyənləşdirərək, bunlardan rəng dəqiqliyi, yüksək səviyyəli parlaqlıq və baxış bucağının dəyişdiyində minimal parlaqlıq itkisini qeyd edib.

Digər bir nüfuzlu nəşr - TechRadar “Samsung”un istehsal etdiyi yeni telefon ekranlarının indiyə qədər hazırlanmış ən yaxşı displey olduğunu qeyd edib. Beləliklə, “Samsung Galaxy S10+” gecənin ən böyük mükafatına layiq görülərək, Londonda keçirilən Mobile Choice Consumer Awards 2019-da “İlin smartfonu” adı ilə təltif edilib.

“S10” və “S10+” smartfonları bazarda təmsil olunan cihazların ən yaxşısıdır. Əgər bu iki telefon arasında ən yaxşısını seçməyimiz tələb olunsaydı, “Galaxy S10+”un böyük ekranını, böyük batareyasını və iki modullu selfie kamerasını seçərdik, lakin sözsüz ki, hər iki telefon öz tacına layiqdir”. 

Yuxarıda qeyd edildiyi kimi, sözügedən icmal çərçivəsində smartfonların tək “içliyi” deyil, həm də istifadə rahatlığı qiymətləndirilib, belə ki, buna misal olaraq “The Guardian” öz məqaləsində “Samsung Galaxy S10”a “Ən yaxşı kiçik Android cihaz” adını verib. Nəşr qeyd edir ki: “Əgər sizə istifadə üçün rahat, cibinizə asanlıqla yerləşən,  “kiçik” ölçülərə sahib olub, geniş ekranla təchiz olunmuş smartfon gərəkdirsə, onda əminliklə seçiminizi “Samsung Galaxy S10” üzərində dayandıra bilərsiniz”.

2020-ci ilin ilk ayları olmasına baxmayaraq, sözügedən bu smartfon artıq Pocket-Lint və T3 kimi məşhur nəşrlərin siyahılarında yer almağa müvəffəq olub. Belə ki, nəşrlər burada təkcə “Galaxy S10” deyil, həm də “Note10+” üstünlüklərini qeyd ediblər.

Beləliklə, Pocket-Lint “Galaxy S10+” 2020-ci ilin ən yaxşı smartfon rəhbərliyinə əlavə edib.

“Bu telefonu əldə etməyi arzulamamaq çətindir. O, mobil cihazın təchiz ola biləcəyi ən yaxşı displeyin sahibidir. İncə dizayn, suya davamlı korpus, ekran üzərində yerləşən barmaq izi skaneri, microSD kart dəstəyi və 3,5 mm qulaqcıq yuvası - “Galaxy S10” əla seçim edir. S10e də nəşrin siyahısına daxil edilib. Əlavə olaraq, Pocket-Lint S Pen və smartfonun ekranını xüsusi  qeyd edərək “Note10+”la siyahını tamamlayıb. 

Həmçinin, T3 yazır ki, “Pul müqabilində əldə edə biləcəyiniz ən yaxşı Android smartfonunu axtarırsınızsa, dərhal oxumağı dayandırıb, “Samsung Galaxy S10+” satın alın”.

Belə ki, “Samsung Galaxy S10+” nəşrin təqdim etdiyi “2020-ci ilin ən yaxşı Android Telefonları” siyahısında birinci yeri tutub. Bu siyahıda dördüncü yerə isə S Pen, displey, ölçü, dizayn və kamera sisteminin göstəricilərinə görə “Note10” layiq görülüb.

DisplayMate Technologies mütəxəssisləri də “Galaxy Note10+”un əla displeyə sahib olduğunu qeyd ediblər. Test nəticələrinə görə, smartfon Best Performing Smartphone Display Award mükafatına və ən yüksək A+ qiymətinə layiq görülərək, müxtəlif göstəricilər üzrə 13 rekorda imza atıb. DisplayMate qeyd edib ki: “Galaxy Note10+” tanınmağa layiq universal bir cihazdır”.

CNET mütəxəssisləri də bu rəylə razılaşaraq: “İncə, çoxfunksiyalı “Note10+” rəqibləri arasındakı məsafəni azaldan, ən yaxşı Android smartfona sahib olmaq istəyənlər üçün hazırlanmış premium cihazdır” deyə qeyd ediblər. Həmçinin, nəşr “Samsung”un istənilən tələbi ödəyə bilən əla smartfonlar istehsal etdiyini bildirib. Bununla yanaşı, mütəxəssislər “Note10+” ən yaxşı xüsusiyyətlərini özündə əks etdirən siyahını təqdim ediblər, bunlardan:

- Hər iki tərəfdən Gorilla Glass 6 qorunması ilə örtülən incə dördbucaq dizaynı,

- Avtomatik gecə rejimini dəstəkləyən, əla foto çəkimini,

- Yaxşı kamera proqram dəstəyini, o cümlədən, burada təqdim edilmiş video redaktoru və portret rejimində videoçəkim funksiyasını,

- İstifadəsi sadə və rahat S Pen stilusu qeyd etmək olar. 

PC Mag nəşri də öz növbəsində “Samsung”un xidmətlərini yüksək qiymətləndirərək, “Note” məhsul xəttinin “Samsung” texnologiyasının səciyyəvi nümunəsi olduğunu qeyd edib. Sözügedən bu şirkətin mütəxəssisləri tərəfindən “Galaxy S10e” və “Galaxy Note10+” 2019-cu ilin ən yaxşı smartfon onluğuna daxil edilib. PC Mag-ın təqdim etdiyi bu icmalda “Galaxy S10e” və “Galaxy Note10+” mövcud 5 baldan müvafiq olaraq 4,5 və 4 bala layiq görülüblər.

Digital Trends mütəxəssisləri də müştərilərə öz seçimlərini məhz “Samsung Galaxy Note10+” üzərində dayandırmağı tövsiyə edirlər. Nəşr qeyd edir ki: “Note10+” əldə edilməyə dəyər, universal telefondur. Yarı - smartfon, yarı - sənət əsəridir.” Həmçinin, ekspertlər təqdim etdikləri icmalda smartfonu mövcud 10 baldan 9-na layiq görərək, “Samsung Galaxy Note10+”un şərtsiz qalib olduğunu vurğulayıblar. 

Öz növbəsində sözü gedən zaman çərçivəsində Trusted Reviews Samsung smartfonlarının üstünlüklərini bir neçə dəfə qeyd edib. Belə ki, 2019-cu ildə “Samsung Galaxy Note10+” “Böyük telefonun ən yaxşı kamerası”, “Samsung Galaxy S10+” isə “Ən yaxşı telefon kamerası” mükafatlarına layiq görülüb.

Nəşr öz icmalında “Note10+” ölçüsü və S Pen-in funksionallığını xüsusi vurğulayıb. 2020-ci ildə isə Trusted Reviews “Samsung Galaxy S10” və “S10+” “indiyə qədər gördükləri ən yaxşı telefon ekranına sahib olduğunu” vurğulayaraq, “Ən yaxşı universal smartfon” adına layiq görmüşdü. Həmçinin, “Samsung Galaxy Note10+” da nəşr tərəfindən “Ən yaxşı böyük telefon” adına layiq görülüb.

Beləliklə, “Samsung”un təqdim etdiyi iki flaqman məhsul seriyası “Galaxy Note10” və “Galaxy S10” 2019-2020-ci illərdə nüfuzlu nəşrlərin rəğbətini qazanaraq, bir neçə kateqoriya üzrə ən yaxşı smartfon adına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri