Yan
2016
15:09
21
34
5552
Virtual karabakh

“Dəlibal” filminin möhtəşəm qala gecəsindən – FOTOLAR

8 Yan, 2016
15:09
5552

“Dəlibal” filminin möhtəşəm qala gecəsindən – FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çağatay Ulusoy və Leyla Lydia Tuğutlu Bakının qonağı oldular.

Xəbər verdiyimiz kimi, yanvarın 7-də “Delibal” türk  filminin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu və yaradıcı qrupun digər üzvləri  Nizami Kino Mərkəzində keçirilən qala-gecəyə qatılıblar.

Oxu.Az xəbər verir ki, səhnəyə çıxan türkiyəli qonaqlar azərbaycanlı tamaşaçılara sevgilərini və minnətdarlıqlarını bildiriblər.

Romantik dram janrında çəkilmiş bu film tələbə Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında musiqi ifası ilə həyatına rəng qatan Barış, Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universiteti fərqlənmə ilə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və ağıllı Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidir, o nağıl pozulmayana qədər....

Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdir.

Filmdə rollara həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal Toprak Sağlam çəkiliblər.          

Filmi izlədikdən sonra, qonaqlar  media üçün mətbuat konfransı keçirib.    

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri