10 
Mar
2016
19:04
205
142
27407
Virtual karabakh

Kamran Həsənliyə cinayət işi açıldı – YENİLƏNİB

10 Mar, 2016
19:04
27407

Kamran Həsənliyə cinayət işi açıldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O, Samirdən 80 yox, 125 min dollar alıb”.

Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət barədə açıqlama verib.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, şoumen Kamran Həsənli S.Piriyevdan 80 min dollar deyil, 125 min dollar pul alıb:

“Kiminsə günahı varsa, qanun qarşısında cavab verəcək. Samir Piriyev işbirliyi məqsədi ilə Kamran Həsənliyə 125 min dollar pul verib. Amma sonradan bu işbirliyi alınmayıb. Bu, cinayət işidir. Bu işlə bağlı sübutlarımız da var. Samir ifadəsini bir ay öncə verib. Elə Samirin ifadəsi əsasında toplanan materialları da polis şöbəsindən prokurorluğa göndərdilər. Prokurorluqda da bu məsələ ilə bağlı cinayət işi başladı”.

16:15

Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, K.Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.

Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K.Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.

15:15

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri