15 
Fev
2014
09:30
25
189
32899
Virtual karabakh

Həmid Sultan: Hələlik kişiyəm, amma dəyişilə bilərəm – MÜSAHİBƏ + FOTOSESSİYA

15 Fev, 2014
09:30
32899

Həmid Sultan: Hələlik kişiyəm, amma dəyişilə bilərəm – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Telman İsmayılovla fəxr edirəm”.

Oxu.Az-ın bir müddət əvvəl tanınmış milyarder Telman İsmayılovdan dəstək istəyən gənc müğənni Həmid Sultan ilə müsahibəsi:

- Yaradıcılıq işlərinizdən danışın...

- 2012-ci ildə Sumqayıt televiziyasında keçirilən “Nömrə 1” müsabiqəsinin qalibi olmuşam. Mən həmin müsabiqədə 50 000-ə yaxın səs toplamışam. 2013-cü il may ayının 26-da  Sumqayıt Mədəniyyət Evində solo konsertim olub. 20-yə yaxın mənə bəstələnmiş mahnı var. Sonuncu mahnı “Səndən gözəli yoxdur” adlanır. Bu mahnını xalq artisti Aygün Kazımovanın keçən ay keçirilən doğum gününə həsr etmişəm. Çünki Aygün xanımdan gözəli yoxdur.

Bir ay bundan əvvəl  isə sözləri Telli Pənahqızı, musiqisi İlhamə Həmidqızıya məxsus olan mahnını müğənni Ziyafət Yaqubqızı ilə duet şəklində ifa etmişik. O, xanım mənə çox dəstək olub.

Hazırda isə Sumqayıt televiziyası “Dünya TV”-də “Açar Şou” verilişinin aparıcısıyam. Bu layihənin vaxtı bitmək üzrədir. Hazırda yeni layihə üzərində çalışıram. Elə həmin telekanalda efirə gedəcək.

- İki gündür ki, Telman İsmayılov haqqında söylədikləriniz mediada ajotaj yaradıb...

- Mən Telman İsmayılovla fəxr edirəm. Bu iki gün  ərzində bu söz-söhbətlərə görə mənim başım çox ağrıdı. Mən həmin müsahibədə “gözələm” sözünü işlətməmişəm ki, mənim haqqımda o cür yazı yazırlar.

Mən görünüşcə daha cavanam və maraqlıyam. Bu o deməkdir ki, mən səhnədə yaşıma görə yaxşı performans göstərə bilərəm. Nikolay Baskov bunu edə bilməz axı.

Mən demək istəmişəm ki, azərbaycanlı iş adamları türk, rus müğənnilərinə dəstək olunca, azərbaycanlı müğənnilərə dəstək olsunlar ki, biz də dünya arenasına çıxa bilək.

- Cinsi azlıqların nümayəndəsi olan İsa Şahmarlının intihar xəbəri də çox danışıldı. Onu tənqid edənlər, qınayanlar, hətta təhqir edənlər də oldu. Onun tərəfini tutan jurnalistlərə, məşhur simalara da tənqidlər yağdı...

- Allah onu elə yaradıbsa, kiminsə ölüsünü şouya çevirmək, tənqid və təhqir etmək düzgün deyil. Gənc idi, onun nə günahı ola bilərdi ki?

Mən şəxsən normal oriyentasiyalı kişi müğənnisi kimi digər oriyentasiyalı insanlara  hörmətlə yanaşıram.

İsa Şahmarlını tənqid və təhqir edən insanlar əgər özlərinə belə güvənən idilərsə, o gəncimizi düzgün yola çəkərdilər. Niyə etmədilər?

Əksinə, ağızlarına gələni danışdılar. Onun da anası var. Onu da kimsə dünyaya gətirib. Allahın yaratdığı hər bir canlı varlıq mənim üçün çox dəyərlidir.

İnsanlar bir az insafa gəlsinlər, bir az mərhəmətli olsunlar. Nəsə son zamanlar əksər kütlə bu cür insanlara qarşı aqressivləşib.

- Sizcə, bu cür aqressivləşmə nədən irəli gəlir?

- Məsələn, son bir neçə aydır mən gündəmdən düşmürəm. Mən ad çəkməyəcəyəm. Bilirsiniz, nə qədər tanınmış müğənnilər, prodüserlər mənimlə qalmaqal yaratmaq istəyiblər? Hətta onlar sosial şəbəkədə öz statuslarında məni qəsdən tənqid və təhqir edib, adımı hallandırırlar ki, mən onlara cavab verim, mediada  onlar haqqında da yazı yazsınlar.

Mən Rusiya Hüquq Akademiyasının tələbəsiyəm. Dünyagörüşüm bir az başqadır. Tanınmış müğənnilərin bir çoxundan savadlıyam.

Tatarıstanda yaşadığım müddətdə orada  Azərbaycan Diasporası nəzdində Azərbaycan Gənclər Təşkilatının sədri olmuşam. Mən orada ruslara nümunəvi insan olmuşam. Harada oluramsa olum, həmişə lider olmuşam.

Azərbaycana qayıdandan sonra isə maşallah, media ancaq Həmid Sultandan yazır. Məndən nə istəyirlər bilmirəm. Pulum yox, param yox, əl çəkin məndən.

- Söhbətimiz əsnasında belə bir kəlmə işlətdiniz: “Mən normal orientasiyalı kişi müğənnisiyəm”. Amma sizi tanıyanlar orientasiyası pozulmuş insan hesab edirlər. Buna münasibətiniz?

- Hələlik, normal oriyentasiyadayam, amma dəyişilə bilərəm. Həyatdır, bilmirik başımıza sabah nə iş gələcək (gülür).

Əlbəttə, mənim dostluq etdiyim, digər oriyentasiyalı insanlar var. Onların şəxsi həyatı ayrıdır, mənimki ayrı. Hazırda həyatımda sevdiyim gözəl bir xanım var.

Dırnaqarası jurnalistlərə, haqqımda dedi-qodu çıxaranlara demək istəyirəm ki, öz işləri ilə məşğul olsunlar. Çünki çox güclü insanam, onları tapdalayıb keçə bilərəm.

Foto: Nüsrət Abdullayev
Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri