17 
Sen
2016
13:21
35
75
6760
Virtual karabakh

Samir Piriyev: Kamran Həsənlinin dələduzluğu sübut olundu

17 Sen, 2016
13:21
6760

Samir Piriyev: Kamran Həsənlinin dələduzluğu sübut olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işində yeni məqamlar ortaya çıxıb.

Oxu.Az xəbər verir ki, axşam.az-a açıqlama verən S.Piriyev qarşı tərəfin dələduzluğunu sübut edən faktlar topladığını bildirib:

“Artıq xeyli vaxtdır davam edən məhkəmə prosesindən sonra istintaqa məlum oldu ki, Kamran Həsənli Türkiyədə heç bir işə pul qoymayıb. Bəlli oldu ki, qardaş ölkədə heç bir hesaba pul köçürülməyib. Kamran məndən dələduzluq yolu ilə aldığı pulu heç ölkədən kənara çıxarmayıb. Türkiyədən gələn bütün sənədlər artıq Kamran Həsənlinin dələduzluğunu sübut edib. 

O, hüquqa güc gəlmək istəyir, himayədarları ilə birlikdə istintaq tədbirlərinə tam mane olmağı bacarıblar. Buna görə də gələn həftə böyük mətbuat konfransı keçirib, himayədarların kimliyini, onlarla bağlı sübutları, istintaqa mane olan vəzifəli şəxslərin adlarını çəkib, ölkə başçısına müraciət ünvanlayacam. 

Azərbaycan Respublikasının qanunvericiliyi Kamran Həsənli və onun himayədarları qarşısında aciz deyil. Bir qrup adam hüquqdan üstün gələ bilməz”.

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri