13 
Okt
2016
10:20
23
104
5020
Virtual karabakh

“Deal or no deal” layihəsinin Azərbaycan versiyası başlayır

13 Okt, 2016
10:20
5020

“Deal or no deal” layihəsinin Azərbaycan versiyası başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Əməkdar artist, aparıcı, teleprodüser, aktyor Murad Dadaşov payız aylarında bir neçə dünya formatlı yeni televiziya layihəsi ilə efirə qayıdacağını bildirmişdi.

Oxu.Az xəbər verir ki, tezliklə dünyada məşhur olan “Deal or no deal” layihəsinin Azərbaycan versiyası başlayacaq. 


M.Dadaşov bu barədə sosial şəbəkədə məlumat verib. O, dünyada məşhur olan “Endomol shine group”la rəsmi müqavilə imzaladığını bildirib:

“2003-cü ildən teleməkanda ən böyük layihələrin ilk və uğurlu təşkilatçısıyıq. Yenə də bizə yaraşanı etdik. Televiziya mövsümünü əlamətdar hadisə ilə açırıq. Uzun sürən danışıqlar və görüşmələrin nəticəsində dünya şöhrətli “Endomol shine group”la müqaviləni imzaladıq. Bura tərkibində bir neçə böyük media şirkətini birləşdirən televiziya nəhəngidir.

Dünya arenasında yüzlərlə qalıcı veriliş yaradan layihələri sayəsində “reytinq ovçusu” adını qazanıb. Azərbaycanda bu şirkətin rəsmi təmsilçisi “M Group Production”dır. Qarşıda bu şirkətlə bizi çoxlu layihələr gözləyir. Bərabərliyimizə vasitəçi olan dostum Timur Vaynşteyn, baş prodüser Yuliya Sumaçeva və digər əməkdaşlara təşəkkür edirəm. Televiziya məkanında baş tutacaq yeni layihəyə hazır olun”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri