13 
Dek
2016
15:57
37
300
8018
Virtual karabakh

Günay İbrahimli yol hərəkəti qaydasını pozdu – VİDEO

13 Dek, 2016
15:57
8018

Günay İbrahimli yol hərəkəti qaydasını pozdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Günay İbrahimli yol hərəkəti qaydalarını kobud şəkildə pozan məşhurların sırasına keçib.

Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, bunu təsdiq edən videonu müğənni öz “Instagram” səhifəsində paylaşıb. Rəfiqəsi tərəfindən çəkilən videonu Günay özü sosial şəbəkədə yayıb və on minlərlə selfi çəkib, yalnız birini seçdiyini qeyd edib.

Videodan da göründüyü kimi, Günay İbrahimli sükan arxasında mobil telefonu əldə saxlamaqla selfi çəkdirir və diqqəti sükanda yox, çəkdiyi şəkillərdədir.

Bununla o, 50 manatlıq qayda pozuntusu edir. Bundan əlavə, xanım müğənni avtomobili idarə edərkən əllərini sükandan çəkir. Bu isə 40 manat cərimə deməkdir. Üstəlik, Günay İbrahimli sükan arxasında təhlükəsizlik kəmərini bağlamayıb. Bu da 40 manatlıq cərimədir. Və nəhayət, Günay İbrahimli sükan arxasında diqqəti yayındıran söhbətə qoşulub.

Yəni, onun diqqəti yolda və sükanda yox, rəfiqəsində və çəkdiyi fotolardadır. Bu da 40 manatlıq qayda pozuntusu sayılır. Bütövlükdə, Günay İbrahimli bu videoda 170 manatlıq qayda pozuntusuna yol verib.

Qeyd edək ki, videoya şərh yazanların əksəriyyəti Günayın bu hərəkətinin təhlükəli olduğunu qeyd ediblər.

Həmin videonu təqdim edirik:

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri