26 
Yan
2017
14:57
38
125
7807
Virtual karabakh

“Instagram”dan qovulan Kamil Zeynallı hesabını qaytarmağa çalışır – VİDEO

26 Yan, 2017
14:57
7807

“Instagram”dan qovulan Kamil Zeynallı hesabını qaytarmağa çalışır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teleaparıcı Şəbnəm Hüseynova və jurnalist Əfruzə Ağayeva ilə yaşadığı qalmaqaldan sonra “Instagram” sosial şəbəkəsindəki hesabına çoxsaylı şikayət gələn Kamil Zeynallının hesabı artıq bir neçə gündür ki, şəbəkə tərəfindən silinib. Hazırda K.Zeynallı hesabını bərpa etmək üçün mütəxəssisə müraciət edib.

Oxu.Az İstiPress.com-a istinadla xəbər verir ki, bu haqda İT mütəxəssis Sahib Rzayev açıqlama verib. O bildirib ki, hazırda K.Zeynallının hesabının bərpası üzərində iş gedir:

“Bir neçə gündür ki, hesabı qaytarmağa çalışırıq. Saytdan cavab gözləyirik. Ümid edirik ki, tez bir zamanda Kamil Zeynallının hesabını bərpa edə biləcəyik”.

Qeyd edək ki, K.Zeynallının dostları isə hesabın Kamilin özü tərəfindən müvəqqəti bağlanması haqda məlumat yazıb.

Hesabın bağlanmasına səbəb Zeynallının aşağıdakı videomüraciəti olub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri