Apr
2017
20:25
38
704
23768
Virtual karabakh

Meyxanaçı Kərimin yaddaşı itib

6 Apr, 2017
20:25
23768

Meyxanaçı Kərimin yaddaşı itib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün insult keçirən məşhur meyxanaçı Kərim Novruzovun vəziyyəti yaxşı deyil. Onun yaddaşı itib, yaxınlarını, dostlarını çətinliklə tanıya bilir. 

Oxu.Az-ın xəbərinə görə, bunu AzVision.az-a K.Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, Kərim bir neçə gün reanimasiyada qalacaq. 

“Yanına çox adam buraxmırlar. Gündə bir dəfə ailəsindən kimsə onunla görüşə bilir. Kərim çox adamı tanımır. Bizim üçün də gözlənilməz oldu. Kərimin halı qəfildən pisləşib, o, insult keçirib. Səbəbini hələ bilmirik. Bəlkə, fikir edib, ya da əsəbləşib. İnsanın yaşı artdıqca belə təhlükələrlə üz-üzə qalır”, - A.Məmmədov deyib.

Həkimlər bildiriblər ki, Kərim Novruzov hələ bir müddət reanimasiyada qalacaq, vəziyyəti düzələrsə, palataya köçürəcəklər. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri