10 
Apr
2017
12:10
75
742
38258
Virtual karabakh

Meyxanaçı Kərimə ağır itki üz verdi – YENİLƏNİB

10 Apr, 2017
12:10
38258

Meyxanaçı Kərimə ağır itki üz verdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur meyxana ifaçısı Kərim Novruzovun dünyasını dəyişməsi haqqında yalnış xəbər yayan sayt məhkəməyə veriləcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə aznews.az-a açıqlamasında meyxanaçının yaxın qohumu Rüstəm Cənnətov məlumat verib.

Onun sözlərinə görə, həmin sayt Kərimin anasının ölümündə ittiham olunur:

“Bu gün Kərimin anasının 3 mərasimidir. Məclis başa çatan kimi saytı məhkəməyə verəcəyik. Kərimin anası xəstə idi, oğlunun xəstəxanada olmasından xəbərsiz idi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa Kərimgilə gəlib. Bundan iki saat sonra Kərimin anası dünyasını dəyişib. Belə məlumat yayarlar?! Oğlunun ölüm xəbərinə dözməyib öldü”.

Rüstəm Cənnətov qeyd edib ki, meyxana ustası Kərim anasının ölümündən xəbərsizdir.

Meyxana ifaçısı Kərim bir müddət əvvəl insult keçirirərək xəstəxanaya yerləşdirilib.

11:24

Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Kərim Novruzovun səhhəti barədə yeni xəbər var.

Oxu.Az-ın Lent.az-a istinadla xəbərinə görə, meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısı sabah xəstəxanadan evə buraxılacaq.

“Allaha şükür olsun ki, səhhəti müsbətə doğru irəliləyir. Həkimlə danışdıq, söylədi ki, artıq sabah evə buraxılacaq. Müalicələri ev şəraitində davam etdiriləcək”.

Meyxanaçının bacısı oğlu onu da əlavə edib ki, K.Novruzov anasının ölümündən xəbərsizdir:

“Bütün qohumlara, tanışlara xəbər vermişik və xahiş etmişik ki, bu xəbəri Kərim bəyə çatdırmasınlar. Qorxuruq, istəmirik bilsin ki, anası dünyasını dəyişib. İnşallah, vəziyyəti tam yaxşı olandan sonra demək olar”.

Qeyd edək ki, meyxanaçı Kərim Novruzovun martın 30-da beyninə qan sızıb. Meyxanaçının anası isə ötən həftənin şənbə günü dünyasını dəyişib.

8 aprel, 23:32

Bir neçə gün bundan qabaq beyninə qan sızıb, xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin ailəsinə ağır itki üz verib.

Oxu.Az unikal.org-a istinadən bildirir ki, bu barədə meyxanaçı Ağamirzə məlumat verib.

O bildirib ki, bu gün meyxanaçının anası Xanım Novruzova dünyasını dəyişib.

Qeyd edək ki, insult keçirən meyxanaçı Kərim hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğu deyilir.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri