May
2017
23:42
140
205
18484
Virtual karabakh

Diana Hacıyeva “Eurovision”da ilk çıxışını etdi – VİDEO

9 May, 2017
23:42
18484

Diana Hacıyeva “Eurovision”da ilk çıxışını etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Ukraynanın paytaxtı Kiyevdə “Eurovision - 2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) səhnəyə səkkizinci çıxaraq “Skeletons” mahnısını ifa edib. Bəstənin müəllifləri İsa Məlikov və Sandra Byormandır.

Birinci yarımfinalda 18 ölkəni təmsil edən iştirakçılar çıxış edirlər və finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.  

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək və püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən ediləcək.

Finala birbaşa vəsiqə qazanan ölkələr  - müsabiqənin builki ev sahibi Ukrayna və  Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də baş tutacaq. 

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri