30 
İyn
2017
14:10
101
54
3018
Virtual karabakh

Adel konsert fəaliyyətinə son verir

30 İyn, 2017
14:10
3018

Adel konsert fəaliyyətinə son verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı müğənni Adel qastrol fəaliyyətinin başa çata biləcəyindən danışıb. Bu barədə o, “Instagram”da pərəstişkarlarına ünvanlandığı məktubunda bildirib. 

Oxu.Az xəbər verir ki, bu ismarış “Uembli” stadionunda baş tutacaq çıxışın proqramlarına da daxil edilib. Məhz bu konsertlə Adel 15 aylıq qastrol turunu başa vuracaq. 

“Mən final şoumun Londonda olmasını istəyirəm, çünki bir də çıxış edib-etməyəcəyimi bilmirəm, bu səbəbdən də son çıxışımın evimdə olmasını istəyirəm. Qastrollar özünəməxsus bir anlayışdır, mənə o qədər də uyğun gəlmir. Mən əsl evdaram və xırda şeylərdən sevinirəm”, - deyə müğənni qeyd edib. 

Adel 2017-ci ildə “Qremmi” mükafatında beş nominasiyada beş qələbə qazanıb, bununla da mükafatlarının sayını 15-ə çatdırıb. Eləcə də, “İlin albomu”, “İlin səs yazısı” və “İlin mahnısı” nominasiyalarında qalib gələn ilk müğənni olub. 2012-ci ildə o, “Skyfall” kompozisiyasına görə “Qızıl qlobus” və “Oskar” mükafatlarına layiq görülüb. 

A.S., S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri