İyl
2017
14:57
105
25
13220
Virtual karabakh

Rafet El Romanın meneceri Nahid Emiloğlunun həbsindən danışdı

7 İyl, 2017
14:57
13220

Rafet El Romanın meneceri Nahid Emiloğlunun həbsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, tanınmış təşkilatçı Nahid Emiloğlu (Şükürov) türkiyəli müğənni Rafet El Roman və Azərbaycan ifaçısı Damlanın iyun ayında ayrı-ayrı məkanlarda keçiriləcək konsertləri üçün saxta bilet satışı ilə bağlı Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Rafet El Romanın baş meneceri Züleyha Doğanay ilə əlaqə saxlayıb.

“İyunda Nahid Emiloğlunun təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək konsert proqramı ilə əlaqədar təşkilati işlər yüksək səviyyədə təşkil olunmadığından həmin konserti ləğv etdik, alınan biletlərin geri qaytarılmasını və bilet satışının dayandırılmasını tələb etdik. Düzdür, əvvəlki illərdə N.Emiloğlunun təşkilatçılığı ilə səviyyəli şəkildə keçirilən konsert proqramlarımız olub. O, nəinki Rafet El Romanın, hətta digər tanınmış türk ifaçılarının da Azərbaycanda konsertlərini yüksək səviyyədə təşkil edib. Amma budəfəki təşkilatçılıq bizi qane etmədiyindən konserti təxirə salmaq məcburiyyətində qaldıq. Rafet El Roman bununla bağlı Azərbaycandakı pərəstişkarlara videomüraciət də edib.

N.Emiloğlunun saxta bilet satışı ilə əlaqadar həbs olunması barədə biz heç bir quruma şikayət etməmişik. Bu xəbəri bu gün Azərbaycan mətbuatından öyrəndik. Bu haqda heç bir məlumatımız yoxdur”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri