28 
Apr
2014
14:23
11
10
6257
Virtual karabakh

Günay İbrahimlinin sponsoru kimdir?

28 Apr, 2014
14:23
6257

Günay İbrahimlinin sponsoru kimdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Günaya sadəcə xeyriyyəçilik etməmişəm...”.

Gənc müğənni Günay İbrahimlinin sponsorunun kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, ATV-də yayımlanan “Zərif qəhrəman” verilişinə açıqlama verən biznes ledi Nuriyyə Əhmədova ona xeyriyyəçilik etdiyini deyib.

“Günay İbrahimlini 30-40 nəfər gənc müğənni arasından seçmişik. Bizim prodakşna elə müğənni lazım idi ki, bizi yarı yolda qoymasın. Bu  da yəqin ki, Günay İbrahimlinin qisməti imiş. Biz onunla müqavilə ilə çalışırıq. Biz Günayı qabağa çəkdik. Şərt təkcə tanınmaq deyil, müğənninin həm özü, həm də mahnıları  sevilməlidir. Onunla mahnı seçimlərini də birlikdə etmişik. Biz maliyyə qoyduq, Günayın üzərində işlədik. O, bu gün artıq ayaqda dura bilir. Düşünürəm ki, belə davam etsə, çox qabağa gedəcək.

Sponsor və invester ayrı-ayrı anlayışlardı, bunları qarışdırmaq düzgün deyil. Mən Günaya sadəcə xeyriyyəçilik etməmişəm, həm də ona bir məhsul kimi baxmışam. Düşünürəm ki, Günay üçün bundan yaxşı şans ola bilməzdi”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri