24 
Noy
2017
10:29
53
209
14457
Virtual karabakh

Qəribə ifası ilə gündəmə gələn azərbaycanlı gənclə bağlı açıqlama

24 Noy, 2017
10:29
14457

Qəribə ifası ilə gündəmə gələn azərbaycanlı gənclə bağlı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlə bağlı Müasir Azərbaycan Gəncliyi (MAG)  açıqlama verib.

Oxu.Az xəbər verir ki, “MZ production”un rəhbəri Üzlüfət Qasımova Qafqazinfo-ya açıqlamasında həmin kadrların “AzTV”-də yayımlanmadığını bildirib.

“O kadrlar AzTV-də efirə getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik və qərara aldıq ki, bu, “AzTV”-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Həmin ifanı 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, “MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”.

Üzlüfət Qasımova qeyd edib ki, Vüsal çox istedadlı gəncdir: “Onun peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri