Dek
2017
16:03
98
73
9677
Virtual karabakh

“Best Model of The World - 2017” təmsilçimiz məlum oldu – FOTO

1 Dek, 2017
16:03
9677

“Best Model of The World - 2017” təmsilçimiz məlum oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8-12 dekabr arasında  Fransanın paytaxtı  Paris şəhərində baş tutacaq modellər arasında keçirilən dünyanın nüfuzlu model yarışmalarından hesab edilən 30-cu “Best Model of The World – 2017”-də ölkəmizi Elxan Hüseyn təmsil edəcək.

Oxu.Az-a bu haqda layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib.

“Modelimiz beynəlxalq müsabiqəyə ciddi şəkildə hazırlaşır. Təmsilçimizin boyu 193 sm, yaşı isə 20-dir. Yaxın günlərdə ölkəmizi təmsil edəcək xanım model haqqında da məlumat verəcəyəm”,-deyə o bildirib.

Elxan Hüseyn 9 iyul 1997-ci ildə Masallı rayonunda anadan olub. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsində 4-cü kurs tələbəsidir. 2014-cü ildən etibarən professional modelliklə məşğuldur. Bu sahədə  bir çox diplom və sertifikatlarla təltif edilib. 2014-2016-cı illərdə keçirilən Azərbaycanın bütün moda həftələrində (“Azerbaijan Fashion Week”, “Mersedes Benz Fashion Week Baku”) çıxış edib.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri