23 
Dek
2017
22:10
322
380
52511
Virtual karabakh

“Kəklikotu” filmi rekord qırır – VİDEO + FOTO

23 Dek, 2017
22:10
52511

“Kəklikotu” filmi rekord qırır – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 22-də Azərbaycan kinematoqrafiyasında yeni mərhələ hesab oluna biləcək “Kəklikotu” filminin təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tanınmış şəxslərin iştirakı ilə baş tutmuş mərasimdə ənənəyə uyğun olaraq, ekran işində rol alan 20-dən çox məşhur aktyor, muğənni və rejissor qırmızı xalça üzərindən keçib.

Tamaşaçılar “Cinemazadeh” şirkətinin ərsəyə gətirdiyi “Kəklikotu” filmində “Qafar” obrazını canlandıran məşhur bloger Əlixan Rəcəbovun ləhçəsi və hərəkətləri, Nigar Camalın səsinin dublyaj olunmaması, döyüş səhnəsindəki performansları alqışla qarşılayıblar.

Film bitdikdən sonra səhnəyə çıxan rejissor komandanı yanına dəvət edib və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Təqdimat mərasiminin rəsmi hissəsindən sonra qonaqlar səhərə qədər davam edən “after party”yə qatılıblar.

Tədbir məşhur müğənni, Azərbaycanın “Eurovision” müsabiqəsindəki təmsilçisi olmuş Dilarə Kazımovanın filmin soundtrackı olan “Dəm olmuşam” mahnısını ifa etməsi ilə başlayıb.

Qeyd edək ki, film fantastik real hadisələr əsasında çəkilib. Meyvə-tərəvəz satmaq üçün paytaxta gələn dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar.

Sən demə, kisədə kəklikotu yox, narkotik maddə olan qurudulmuş marixuana imiş.

Dəyəri milyonlarla ölçülən bu “əmanətin” sahibindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovd, rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru Xətai Əli, baş koordinatoru isə Zaur Darabzadədir.

Filmdə Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Nigar Camal, Aqil M Quliyev, Kənan MM, Ceyhun Zeynalov, Samir Qulamov, Vüsal Hacıqədir və digər tanınmışlar rol alıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri