Yan
2018
12:44
81
260
29069
Virtual karabakh

Bakıda Xalq artistlərinin yarım milyonluq məhkəmə iclası başa çatdı

8 Yan, 2018
12:44
29069

Bakıda Xalq artistlərinin yarım milyonluq məhkəmə iclası başa çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin qarşı iddiaları üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az xəbər verir ki, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda Xalq artistlərinin iddiaları təmin edilməyib.

M.Əsədovanın hüquqlarını müdafiə edən hüquqşünas Tağı Hüseynov Apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, M. Əsədova həmkarından 200 min manat, R. Məlik isə Xalq artistindən 300 min manat məbləğində təzminat tələb edirdi. Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

Xatırladaq ki, Xalq artistləri arasında söz-söhbət Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru”, - yazıb. Bunu təhqir hesab edən Məleykə Əsədova Xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə bu davranışı cavabsız qoymayıb. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri