22 
Yan
2018
09:53
12
57
6921
Virtual karabakh

Tünzalə və Aygün çaxnaşması: Başqalarını özünə borclu saymasın

22 Yan, 2018
09:53
6921

Tünzalə və Aygün çaxnaşması: Başqalarını özünə borclu saymasın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Tünzalə Ağayeva “ATV maqazin onlarla” proqramında bu həftəki hit-paradı təyin edib.

Oxu.Az xəbər verir ki, Əməkdar artistin əsas hədəfi Xalq artisti Aygün Kazımova olub. O, Kazımovanın “Sus” mahnısını 5-ci pillədə görüb və proqram boyu bir sıra mətləblərə aydınlıq gətirib:

“Aygün xanımın mahnısı çox sevildi. Radiolarda tez-tez eşidirik. Öz hit həyatını yaşadı. Beyinlərdə, dillərdədir. Onluğun tam ortasında durması haqsızlıq sayılmaz. Aygün xanıma tam yaraşan bir mahnı oldu”. 

Tünzalə 106.3 FM-in doğum günündə Aygün Kazımova ilə arasında əsən soyuq küləklərə və salamlaşmamaqlarına belə izahat verib:

“Qarşı tərəfdən hər zaman nə görürəmsə, eyni layiqli cavabını verirəm. Mən sayğını da, sayğısızlığı da heç vaxt qarşılıqsız qoymamışam. Qarşılıq varsa, öpürəm səni, gözümün üstünə qoyuram, yoxdursa, məndən o öpücükləri gözləməyin. İstəmirəm bu detallara girim, ancaq xırda da olsa, nəsə olub. Bu gün pop musiqidə sözünü deyən bir insan başqalarını özünə borclu saymasın. Hər kəs bir yol keçir, çətinliklər qət edir, gəlir”.

Ağayeva Kazımovanın “Tünzaləyə Zülfiyyədən fərqli olaraq, 10 bal vermişdim” sözlərini də cavabsız qoymayıb. O, sərt cavab verərək yeni bir çaxnaşmanın təməlini qoyub:

“Tünzaləni Allah bu səhnəyə gətirib. Heç kimin 10-15 balı gətirməyib. Bu, simvolik bir jüri idi. Oradakı artistlər həmin anda mənə rəy bildirməli idilər və mənə bir bal vermək mümkün deyildi. “Bakı payızı”nda yanımdakı rəqiblərə baxanda Tünzalə 10 bal almalı idi. Orada başqa variant yox idi. Onu əldə bayraq etməyin heç bir məntiqi yoxdur”.

Əməkdar artist Aygünün onu “təkrarçı” adlandırmasına da münasibət bildirib:

“Tünzalə təkrarçılıqla məşğuldur. Olsun, öpürəm, ya da öpmürəm. Fərqi yoxdur”.

Tünzalə sonda Aygün Kazımovanı aralarında məhkəməyə qədər uzanacaq qalmaqal yaşanan Natavan vasitəsilə "Vurub". Belə ki, ifaçı Natavanın mahnısını "Hit-parad"da birinci edib.

Qeyd edək ki, Aygün Kazımova Tünzalə Ağayeva haqda “ATV maqazin onlarla” proqramında bu sözləri demişdi:

“Mən Tünzaləyə “Bakı payızı”nda da 10 bal vermişdim. Bugünkü gün də belə həmin yarışmadan kimlər sağ qalıbsa, onları görəndə qarşılarına qaçıb beş dəfə salam verirdik. Biz heç vaxt gözləməmişik ki, onlar bizə salam versin. Eşidəndə gördüm ki, dəfələrlə bu mahnıya Tünzalənin ifasında qulaq asmışam. Lakin onun sevənlərinin öz zövqü var”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri