26 
Yan
2018
09:22
30
60
6159
Virtual karabakh

Tolikdən Lalə Məmmədovaya cavab: Xalq bilməsə də, biz hər şeyi yaxşı bilirik

26 Yan, 2018
09:22
6159

Tolikdən Lalə Məmmədovaya cavab: Xalq bilməsə də, biz hər şeyi yaxşı bilirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni İradə İbrahimova tanınmış prodüser Tarix Əliyevi (Tolik) “Instagram” hesabında “qara siyahı”ya atıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Tolik özü məlumat yayıb. 

O bildirib ki, İ.İbrahimova bunu bir müddət əvvəl qalmaqal yaşadığı Əməkdar artist Röya Ayxana görə edib. Tolik buna “Mən bunu gözləyirdim. Amma iki dünya bir olsa, Röya elə Röyadır” deyə reaksiya verib. 

Prodüser Əməkdar artist Lalə Məmmədova ilə bağlı da status paylaşıb:

“Mən Lalə Məmmədovanın xətrini çox istəyirəm və hörmət edirəm. Çünki çox ağıllı və bilikli xanım olduğunu düşünürəm. Amma dünən qonaq olduğu verilişdə Röya haqda danışanda atmacalı sözü mənə toxundu: “Prodüser Röyanın tərəfini saxladı”. Lalə xanım, bəs siz mənim kimin tərəfində olmağımı düşünürdünüz? Yoxsa, adını çəkdiyiniz müğənnilər Röyanın etdiyinin 30 faizini edib, sizcə? Röyaya xoş gəlməyə ehtiyac yoxdur. O, əkizlər bürcüdür, süni insanları tanıyır. Bir də ki, Lalə xanım, xalq çox şeyi bilməsə də, biz hər şeyi yaxşı bilirik. 

Heç kimin ətəyində namaz qılmaq fikrimiz yoxdur. Təki hamı Röya kimi səmimi və dürüst olsun. Nə edək, biz beləyik, kitab oxumamışıq, amma ürəkliyik və dost satmamışıq, qohum-əqrəba tərifi ilə özümüzə təsəlli vermirik. İndi danışacağam, amma məncə, lazım deyil. Amma siz də bilirsiniz ki, hərdən bəziləri az qalır, özlərini Məryəm Ana ilə müqayisə etsinlər. 
Röya, heç olmasa, beş mahnı ilə yadda qalmayacaq”.

Qeyd edək ki, tərəflər arasındakı qalmaqal İradə İbrahimovanın “ATV maqazin onlarla” verilişində başlamışdı.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri