Fev
2018
16:13
57
137
7549
Virtual karabakh

Röya və İradə cəbhəsində sülh qığılcımı – FOTO

6 Fev, 2018
16:13
7549

Röya və İradə cəbhəsində sülh qığılcımı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə müğənni İradə İbrahimova və Röya Ayxan arasında qalmaqal yaşanmışdı.

Oxu.Az xəbər verir ki, bu qalmaqala İradənin bacısı, tanınmış stilist Nigar İbrahimova qarışmasa da, paylaşımlarında ona dəstək vermişdi.

Bu gün müğənni Nura Surinin paylaşımında Röya və Nigar arasında sülh qığılcımları yaradan yazışma baş tutub. 

Belə ki, Əməkdar artist həmin fotoya “Nigar alıb qələmini çəkib, Nura, sən də ki, soyuducuda yat” rəyini yazıb.

Nigar isə Röyaya “Gəl, 2018-ci ildə əlimiz sənə də dəysin” deyə cavab yazıb.

Məşhurların bir-birinə qarşı kinli olmaması diqqətdən yayınmayıb.

Qeyd edək ki, İradə və Röya arasındakı qalmaqala İbrahimovanın “ATV maqazin onlarla” proqramında  işlətdiyi “Röya heç vaxt Türkiyədə ulduz ola bilməyəcək” sözləri səbəb olmuşdu.

Pərviz Huseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri