Fev
2018
16:09
746
42
19188
Virtual karabakh

Anarın makiyaj etdiyi xanımı pulsuz plastik əməliyyat edəcəklər – VİDEO

8 Fev, 2018
16:09
19188

Anarın makiyaj etdiyi xanımı pulsuz plastik əməliyyat edəcəklər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stilist Anar Ağakişiyev “5/5” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, stilist ötən günlərdə səs-küyə səbəb olan üzü yanmış Nərmin adlı xanımla bağlı açıqlamalar verib. 

O bildirib ki, Nərmin yaxın günlərdə əməliyyat olunacaq:

“Xanım özü məni tapdı. Ondan əvvəl ləkəli bir üz paylaşmışdım. Bu xanım mənə məktub yazdı, şəklini göndərdi və həyatını danışdı. Yazdı ki, illər əvvəl qaz partlayıb, üzü yanıb.

Əvvəl onu paylaşmağımı istəmədi, halından utanırdı. Dedim ki, şükür et, həyatdasan, insanlar var, ölür. Beləcə, paylaşmağa razılaşdı. İndi çox pozitivdir. 

Xaricdən bir həkim mənə yazıb və xanımı öhdəliyinə götürüb. Həkimlər, alimlər bir araya gələrək onu əməliyyat edəcəklər. Bu, ona Allah tərəfindən göndərilən bir qismətdir. Mən, sadəcə, vasitəçi oldum. Həkimdən məktubu alandan sonra onları calaşdırdım”.

Qeyd edək ki, sözügedən makiyaj videosu bir çox məşhurlar tərəfindən paylaşılıb və xeyli şərhlər alıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri