Mar
2018
21:28
223
889
48530
Virtual karabakh

Səmra Rəhimli: Bundan da açıq-saçıq geyinə bilərəm – FOTO + VİDEO

2 Mar, 2018
21:28
48530

Səmra Rəhimli: Bundan da açıq-saçıq geyinə bilərəm – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Səmra Rəhimli “Hypnotized” adlı klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, mahnının sözləri isveçli Erik Dahlqvist və Sebastian Ekstranda, musiqisi isə yunan bəstəkar Nikos Sofisə aiddir.

Yeni işini çox bəyəndiyini söyləyən Səmra bundan sonra sözügedən komanda ilə bir neçə layihə gerçəkləşdirəcəyini vurğulayıb:

“Klipimiz Ukraynanın Lvov şəhərində çəkilib. Klipi elə ukraynalı komanda ərsəyə gətirib.
Komanda özü mənə müraciət etdi, istədim, işlərimə yeni nəfəs gətirim. Klipim və bu ideya çox xoşuma gəldi.

Klipdəki geyimlərimi anam gecəsini gündüzə qatıb hazırlayıb. Paltarlar bir neçə gün ərzində hazır olub. Ümumiyyətlə, karyeramla bağlı hər dəliliyi edə bilərəm. Hər şeyə hazır dünyaya gəlmişəm. Gözləmədiyiniz şeyləri belə edə bilərəm”. 

Müğənni kliplərində istifadə etdiyi göz simvolunun masonluqla əlaqəsi olmadığını deyib:

“İlk dəfə göz simvolunu istifadə edəndə söz-söhbət yaradacağını bilmirdim. Masonlarla əlaqəm yoxdur, göz mənim talismanımdır. Çox sevirəm. Kliplərimdən əvvəl də hər zaman göz naxışları olan geyimlərdən və akssessuarlardan istifadə etmişəm. Sadəcə, “Badminton” klipi zamanı bu, daha çox gözə çarpdı”.

İfaçı bildirib ki, müzakirələrə səbəb olmasına baxmayaraq, bundan sonra açıq-saçıq fotolar çəkdirə bilər:

“Mən axı birtəhər qarşılanmalı geyimlərdən istifadə etmirəm. Sadəcə, insanlarda belə bir reaksiya yaranır. Bu isə yaxşıdır. Açıq-saçıq fotosessiyalarım var. Bundan da açıq-saçıq geyinə bilərəm. Hər proyektim nəyi tələb edirsə, bununla da izləyici qarşısına çıxacam.

Rəylərə fikir verib, əsəblərimi yormuram. Elə insanlar var, olacaq da. Sənin yerində olmaq istəyib, bunu heç vaxt bacarmayacaqlarını bilə-bilə rəylər yazırlar. Yazsınlar da”.

O, daha sonra həmkarlarına da söz atmağı unutmayıb:

“Mən bilirəm ki, nə qədər çalışsanız da, mənə çatmayacaqsınız. Özündənrazılıq kimi çıxmasın. Başlayırlar ki, bu, nə geyimdir? Bu nədir, geyinmisən? Sonra gedib özlərini mənə oxşadırlar.

Gülməli görünür. Tək müğənnilər deyil, adi insanlar da var. Adi mağazadan nəsə alıram, səhər gedirəm ki, artıq bitib. Məndə görüb gedib alırlar”. 

Pərviz Hüseyn
Foto: Ehtiram Jabi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri