Mar
2018
11:11
70
456
7595
Virtual karabakh

Brilliant beş ildən sonra konsert verdi – FOTO + VİDEO

5 Mar, 2018
11:11
7595

Brilliant beş ildən sonra konsert verdi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Brilliant Dadaşova beş illik fasilədən sonra Heydər Əliyev sarayının səhnəsində “Bu həyat sevgi ilə daha gözəldir” adlı konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, altı nəfər bək-vokalın müşayiət etdiyi Xalq artisti səhnədə iki geyim dəyişib.

Qonaqları salamlayan Brilliant bildirib ki, onu daha çox elit təbəqə dinləyir:

“Flora Kərimova demişkən, təvazökar olmaq lazım deyil. Mənim mahnılarımı elit təbəqə dinləyir, bu gün buraya yığışanların çoxu da onlardır”.

İllər əvvəl hit olmuş bəstəkar mahnılarını səsləndirən ifaçı konsert zamanı zala da enib.
 
Tamaşaçaçılarla birgə “Bəri bax” mahnısını ifa edən sənətçi yeni mahnılarını da təqdim edib.

Gecədə mahnıların müəllifləri Dadaşova ilə bir səhnəni paylaşıblar. Bəstəkarlar Vaqif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova səhnəyə çıxıb.

Qeyd edək ki, konsert Etibar Babayevin komandası tərəfindən lentə alınıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri