Mar
2018
10:12
158
200
25441
Virtual karabakh

Azərbaycanlı müğənni tanınmış biznesmenlə evləndi – FOTO + VİDEO

9 Mar, 2018
10:12
25441

Azərbaycanlı müğənni tanınmış biznesmenlə evləndi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış cazz ifaçısı Rilaya Hüseynzadə ailə həyatı qurub.

Oxu.Az xəbər verir ki, martın 7-si paytaxt məkanlarının birində təmtəraqlı toy edən müğənni tanınmış biznesmen Andrey Sarıçevlə evlənib.

Sənətçi mərasim zamanı həyat yoldaşı ilə tanqo oynayaraq diqqətləri üzərinə çəkib.

Rilaya saytımıza açıqlamasında bildirib ki, tanqo oynamaq üçün çox əziyyət çəkməyiblər:

“Biz tanqo oynayanda bütün qonaqlar şokda idi. Rəqsi cəmi üç saat ərzində öyrənmişik. Çox həyəcanlı idim. Toyumuz istədiyimdən də yaxşı keçdi. Hər kəsə xoşbəxt olmağı arzu edirəm”.

Toydan olan fotolar və videolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, cütlük bir neçə müddətdir tanış olub. Onların nişanı isə avqust ayında baş tutmuşdu.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri