12 
Mar
2018
00:30
175
215
26038
Virtual karabakh

“Qızı” ilə evli olan “Klon” serialının “Lukas”ı illər sonra – FOTO

12 Mar, 2018
00:30
26038

“Qızı” ilə evli olan “Klon” serialının “Lukas”ı illər sonra – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2003-cü ildə Azərbaycanda ən çox izlənilən serial şübhəsiz ki, “Klon” idi. Çayxana və qadın qeybətlərinə mövzu olan ekran işinə şeirlər belə yazılmışdı. İnsanların fikir ayrılıqlarına səbəb olan, qadınları iki seçim arasında qoyan isə Lukasın, yoxsa Səidin Hadeyə daha yaxşı yaraşması məsələsi idi. Yaraşıqlı və xarizmatik aktyorların ayrı-ayrılıqda öz fanat ordusu yaranmışdı.

Oxu.Az serialda Lukas, Dieqo və Leo obrazını canlandıran Murilo Benisionın haqqında az bilinən bir məlumatı diqqətinizə çatıracaq.

Belə ki, serialın yayımlandığı dövrlərdə ekran işində onun qızı Mel (Melissa Ferraz) obrazını canlandıran aktrisa Debora Falabella ilə sevgili olması barədə xəbərlər çıxmışdı. Ancaq bu, təsdiqini tapmamışdı. Ancaq yayılan şayiələrin yalan olmadığı öz təsdiqini tapıb

Onların bu gününə nəzər yetirdikdə qarşımıza evli və iki övlad sahibi olan bir cütlük çıxır. Bir oğlu və bir qızı olan cütlüyün fotolarını təqdim edirik.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri